Mixail Qusman

İTAR-TASS xəbər agentliyinin baş direktorunun birinci müavini

Prezident Heydər Əliyevi bu binada qəbul etmək bizim üçün, agentliyin əməkdaşları üçün xüsusilə xoşdur. Çünki bu bina vaxtilə Nazirlər Sovetinin qərarına uyğun olaraq Sovet İttifaqı hökuməti sədrinin birinci müavini Heydər Əliyevin sərəncamı ilə tikilmişdir. Sizə hətta balaca bir sirr açacağam. Bu gün Heydər Əliyev binamızın bəzək daşları arasında Azərbaycan daşını da görüb tanıdı.