Mixael Şmunk

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri

Dağlıq Qarabağla bağlı faciəli münaqişəyə və ölkənin bazar iqtisadiyyatına əsaslanan demokratik cəmiyyət qurduğu keçid dövründəki siyasi və iqtisadi problemlərinə baxmayaraq, cənab prezident Heydər Əliyev Azərbaycanın daxilində sabitlik yaradılmasına, respublikanın beynəlxalq aləmdə tanınmasına, ehtiram qazanmasına nail olub. Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmlətmiş, beynəlxalq neft müqavilələri sayəsində onun iqtisadi cəhətdən uğurlu gələcəyini təmin etmişdir. Bunlar böyük dövlət xadiminə xas olan nailiyyətlərdir.