Azərbaycan dövlətinin prezidenti kimi Sizin yeritdiyiniz siyasi xətt, Qafqazda və bütün Cənubi Qafqazda vəziyyətə təsir göstərir. Cənubi Qafqaz elə bir qovşaqdır ki, burada Qərbin və Şərqin, Şimalın və Cənubun maraqları kəsişir. Buna görə də Sizin yeritdiyiniz siyasət beynəlxalq siyasi vəziyyətə təsir göstərir.
Bizim iqtisadi problemlərimiz, qlobal problemlər yanacaq və neftlə bağlıdır. Bu neftin yolu isə Xəzərdən gəlib Gürcüstandan keçəcəkdir. Biz Sizə çox minnətdarıq. Gürcü xalqı bunu bütün ömrü boyu yadında saxlayacaq və bu, bizim tariximizə qızıl hərflərlə yazılacaqdır.