Heydər Əliyevi ilk dəfə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin qurultayında gördüm. O çıxış edirdi, zalda onu dinlədim. Heydər Əliyev çox parlaq, çox duyğulu, şərq müqayisələrindən istifadə edərək danışırdı. Sonra həmkarlarımdan soruşdum: Heydər Əliyev əvvəllər harda işləyirdi? Mənə Təhlükəsizlik Xidmətində dedilər. Təəccübləndim, çünki bir qayda olaraq KQB-də işləyən insanlar parlaq natiqlər deyildilər, şəxsiyyət deyildilər. Heydər Əliyev isə böyük arenada, tam dolu olan zalda çıxış edirdi. Zalda 4 min nəfər qarşısında çıxış etmək çox çətindir. Heydər Əliyev bunu bacardı. Bu, Heydər Əliyev haqqında xatırladığım ilk məqamdır. Heydər Əliyev Azərbaycanın oğludur. Başqa bir şey söyləmək lazım deyil, bu, hamısını deyir. O, öz xalqının oğludur. Mənimlə söhbətdə Heydər Əliyev həmişə Azərbaycan haqqında danışırdı. Ölkəsindən kənarda özünü düşünmürdü.
Sizin böyük nüfuzunuz və siyasi təcrübəniz Zaqafqaziyada vəziyyətin sabitləşməsinə, başı bəlalar çəkmiş Azərbaycan torpağında çoxdan gözlənilən sülhün bərqərar olmasına kömək edəcəkdir.