Kusamiçe Masataki

Yaponiyanın “Nisso İvai” şirkətinin keçmiş prezidenti

Yaponiyada prezident Heydər Əliyevi çox nüfuzlu, görkəmli dövlət xadimi kimi yaxşı tanıyırlar və onun fəaliyyətini diqqətlə izləyirlər. Prezident Heydər Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycanda son illər yaranmış möhkəm sabitliyin böyük əhəmiyyəti vardır. Dünya dövlətlərinin Azərbaycana maraq göstərməsi bu ölkəyə Heydər Əliyev kimi müdrik bir şəxsiyyətin rəhbərlik etməsi ilə bilavasitə bağlıdır. Həm siyasi, həm də iqtisadi sahədə Azərbaycanda əldə edilmiş nailiyyətlər ondan xəbər verir ki, müstəqil Azərbaycan Respublikası tezliklə ən inkişaf etmiş ölkələrdən birinə çevriləcəkdir.