Heydər Əliyevin vəfatı Rusiya və Azərbaycanın qardaşlıq münasibətlərini əziz tutanların hamısı üçün ağır zərbədir. Heydər Əlirza oğlu bu münasibətlərin inkişafına çox böyük töhfə vermişdir. Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir. Dünya səviyyəli görkəmli dövlət xadimi kimi Heydər Əlirza oğlu ilə şəxsi görüşlərimlə bağlı xatirələri qəlbimdə həmişəlik saxlayacağam.
Kalmıkiya Respublikasının xalqı və rəhbərliyi bu itki ilə əlaqədar Azərbaycan xalqının kədərinə şərik çıxır və əmin olduqlarını bildirirlər ki, doğma ölkəsinin tərəqqisinə çalışmış Heydər Əlirza oğlu Əliyevin işi davam etdiriləcəkdir.