Kaleriya Kislova

"Vremya" informasiya proqramının keçmiş baş rejissoru

O, sözün əsl mənasında, ölkəni girdabdan çıxardı. O, doğrudan da, böyük dövlət xadimidir. Eyni zamanda, adi həyatda isə o, normal bir insan idi – simvolik deyil, canlı və tamamilə təbii. Zərifə Əliyeva ilə bağlı da mənim çox xoş xatirələrim var. Onlar xüsusi bir ailə idilər – mən onları həmişə xatırlayıram və hər şeyə görə onlara minnətdaram, çünki onlar mənə çox yardım ediblər.