İvan Rıbkin

Rusiya Federasiyası Dövlət Dumasının keçmiş sədri

Biz Heydər Əliyevin müdrik dövlət xadimi olmağını, analitik zəkasını yüksək qiymətləndiririk. Heydər Əliyevin sözü çox nüfuzludur.

Burada Sizinlə olmaq, Sizin dəyərli məsləhətlərinizi dinləmək, MDB çərçivəsində həyatın özünün doğurduğu problemlər barədə məsləhətləşmək və sadəcə olaraq bir insan kimi məsləhətləşmək mənə çox xoşdur.

Elə olur ki, təbiət insana böyük istedad bəxş edir. Siz də belə istedada maliksiniz. İnsan bir çox layiqli keyfiyyətləri özündə böyük zəhmət bahasına tərbiyə edir və çoxlarına nümunə olur. Heydər Əliyev, Siz bunu bacarmısınız. Siz bu gün haqlı olaraq Azərbaycanın bütün dünyada hörmət edilən prezidentisiniz.