İrakli Menağarişvili

Gürcüstanın tanınmış ictimai-siyasi xadimi

Gürcüstan dövlət quruculuğunun və müstəqilliyinin dəstəklənməsi üçün Heydər Əliyevin rəhbərliyi altında görülmüş işlərə və indi də atılan addımlara görə mən gürcü xalqı və Gürcüstan rəhbərliyi adından Heydər Əliyevə minnətdarlığımızı bildirirəm.

Şübhə yoxdur ki, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi bu gün müstəqil Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən demokratik inkişaf xəttinin düzgün olduğunu təsdiqləyir.