İqor İvanov

Rusiya Federasiyası keçmiş xarici işlər naziri

Rusiyada Heydər Əliyevi Azərbaycan xalqının  böyük oğlu kimi, beynəlxalq miqyaslı müdrik siyasətçi kimi, ölkəmizin və xalqımızın həqiqi dostu kimi tanıyırlar. Buna görə də, çox şadıq ki, bizə dost əziz Azərbaycanın Prezidenti məhz Heydər Əliyev olmuşdur.

Cənab Prezident, Sizin bütün həyatınız dövlət  mənafelərinə sədaqətlə xidmətin parlaq nümunəsidir. Dinc və realist xarici siyasət aparılması sayəsində Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuzu durmadan artır.

Ölkələrimiz arasında ənənəvi dostluğun, yaxın mehriban qonşuluğun və hərtərəfli əməkdaşlığın inkişafı və möhkəmlənməsi işinə verdiyiniz sanballı şəxsi töhfənizi Rusiyada yaxşı bilir və yüksək qiymətləndirirlər.