Mən 1990-cı ildən siyasətdəyəm, bundan əvvəl isə tarixi öyrənirdim. Sizin fəaliyyətinizi izləyirdim. Prezident olduqdan sonra ölkənizdə məhz sabitlik yaradılması sahəsində, ölkənizin inkişafı üçün gördüyünüz müsbət işlərə gözəl bələdəm. Təkcə Latviyada deyil, Avropa Şurasında da başa düşürük ki, bu ölkədə demokratiyanın inkişafının ümumi prosesinə Sizin müsbət təsiriniz çox mühümdür.
Sizinlə görüşüb gələcəkdə bu təşkilat çərçivəsində tərəfdaş kimi necə işləyəcəyimiz, bu regionda mövcud olan çətinliklərə müsbət təsir göstərmək üçün artıq bu gün, sabah nə kimi işlər görəcəyimiz barədə danışmağımıza şadıq. Sizinlə görüşmək böyük uğur, böyük səadətdir.