II Aleksi

Moskvanın və bütün Rusiyanın keçmiş patriarxı

Cənab Prezident, ümidvarıq ki, Azərbaycan, həqiqətən, inkişaf edəcəkdir. Sizin müdrik siyasətçi olmağınız, danılmaz nüfuza malik olmağınız, Azərbaycanda vəziyyəti sabitləşdirməyiniz bunun böyük rəmzidir. Siz bu torpaqda yaşayan insanlara bərabər hüquqlar verilməsinə, dindarların öz dininə, öz inamına etiqad etməsinə, hamının çiyin-çiyinə işləməsinə və bir-birinə qarşı durmamasına nail oldunuz, onlara bu hüquqları verdiniz. Bir çox onilliklər ərzində ən məsul dövlət vəzifələrində Sizin əməyiniz yüksək peşəkarlıqla və insanlara həqiqi qayğı ilə əlamətdar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyət göstərdiyiniz dövrdə müdrik və məsuliyyətli siyasətçi kimi Siz müxtəlif xalqların və dinlərin nümayəndələri, təkcə Azərbaycanın deyil, həm də dünyanın bir çox dövlətlərinin vətəndaşları arasında hörmət və yüksək nüfuz qazanmısınız. Bu, Sizin çox yüksək xidmətlərinizin və əməyinizin səmərəliliyinin təsdiqidir.

Rus Pravoslav kilsəsi Azərbaycan Respublikasının pravoslav sakinlərinin həyatına Sizin şəxsən qayğı göstərməyinizi yüksək qiymətləndirir. Bakıda əzəmətli baş kafedral kilsəsinin ucaldılması buna sübutdur. Heydər Əliyevin əməyi yüksək peşəkarlıqla və insanlara həqiqi qayğı ilə əlamətdar olmuşdur.