Biz Heydər Əliyevin iradəsinə, cəsarətinə heyranıq və dünyanın çox təhlükəli bir regionunda yerləşən dövlətinə necə rəhbərlik etdiyinə vurğunuq. Cənab Prezidentin çox yüksək qonaqpərvərliyinə, açıq və cəsarətli mülahizələrinə, fikir mübadiləsi aparmaq məharətinə məftunuq.
Sizin xidmətləriniz sayəsində ABŞ-la Azərbaycan arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri yaranmışdır. Əminəm ki, qarşıya çıxan çətinliklər Sizin güclü liderliyiniz sayəsində tezliklə və müvəffəqiyyətlə aradan qaldırılacaqdır. Sizə çox dərin hörmətimiz var.
Cənab Prezident, mən bundan əvvəl də Azərbaycanda olmuşam və çox şadam ki, bu gün Sizinlə görüşürəm. Müstəqillik qazandıqdan bəri ölkədə Sizin rəhbərliyiniz altında əldə olunmuş tərəqqiyə görə Sizi təbrik etmək istəyirəm. Açığını deyim ki, qısa bir müddətdə belə tərəqqi əldə etmək çoxlarına müyəssər olmur.
Mən Azərbaycana əvvəlki gəlişimlə müqayisədə, indi böyük dəyişikliklər görürəm və bu tərəqqi, həqiqətən, adamı məftun edir.