Hilmi Özkök

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının keçmiş komandanı ordu generalı

Sizin liderliyinizlə Azərbaycanın haradan-haraya gəldiyini çox yaxşı gördüm. İnsan bir şeyi hər gün görürsə, böyük dəyişiklikləri duymur, amma on illik fasilədən sonra Azərbaycanı gördüyüm zaman heyrət içində qaldım və qəlbim təqdir duyğuları ildə doldu. Hər şey o qədər gözəl olmuşdur ki, insanların üzündən məmnuniyyət, əsgərlərin özlərinə güvənmələri, iş görmələri, Silahlı Qüvvələrin gücü – bütün bunlar hər sahədə çox böyük dəyişikliklər baş verdiyini aşkar göstərir. Bunların zati-alinizin böyük öndərliyi ilə əldə olunduğunu hər kəs bilir.