Hikmət Çetin

Türkiyə Respublikasının keçmiş xarici işlər naziri

Azərbaycanın prezidenti kimi Siz ölkəniz üçün, bölgəniz və dünya üçün çox böyük işlər görürsünüz. Siz Azərbaycana azadlıq, müstəqillik qazandırmısınız. Siz müstəqil Azərbaycan Respublikasını dünyaya tanıtdınız. Azərbaycan xalqını yüksəklərə qaldırdınız. İnanıram ki, Sizin müdrik siyasətiniz nəticəsində müstəqil Azərbaycan Respublikası daim inkişaf edəcəkdir.

Sizin “Bir millət iki dövlət” kəlamınız indi bütün Türkiyədə məşhurdur. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın hazırda çox uğurla davam etməsi məhz Sizin diqqət və qayğınız sayəsində mümkün olmuşdur.

Mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Azərbaycan xalqının prezidenti cənab Heydər Əliyevin liderliyi ilə Azərbaycan öz müstəqilliyini, suverenliyini möhkəmləndirərək bölgənin önəmli bir dövləti olmaq yolundadır. Prezident Heydər Əlirza oğluna Azərbaycanın sabahına inandığım qədər inanıram. Sizin uğurlarınız bizim uğurlarımızdır.

Cənab Heydər Əliyevin öndərliyi ilə siyasi sabitliyə qovuşmuş Azərbaycanın sülhü də sabit hala gətirdikdən sonra bölgənin ən inkişaf etmiş dövlətlərindən biri olacağına inanıram.

Cənab Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün bölgədə sülhün və sabitliyin qarantıdır. İnanıram ki, Azərbaycan öz prezidentinin müdrik siyasəti sayəsində keçid dövrünün çətinliklərini aradan qaldıracaq.