Henri Alfred Kissincer

ABŞ-ın keçmiş dövlət katibi

Dünyanın siyasi tarixində Heydər Əliyev kimi siyasətçilər olduqca nadir bir haldır. Biz Heydər Əliyevlə eyni ildə, 1923-də anadan olmuşuq. Buna görə də, demək olar ki, eyni siyasi staja, illər boyunca hər cür sınaqdan keçmiş bir təcrübəyə malikik. Səmimi etiraf etməliyəm ki, Sovet İttifaqı rəhbərliyində demokratik baxışlarına görə ən düzgün mövqədə duran məhz Heydər Əliyev idi. Sovet hakimiyyətinin ən strateji və geosiyasi məsələlərinin həllində Heydər Əliyev əvəzedilməz bir siyasətçi idi. Sonralar Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi də tarixi qanunauyğunluqdan irəli gəlir.

Bütün maneələrə baxmayaraq, Qafqaz regionu uğrunda gedən böyük “siyasi oyunlar” mühitində o, Azərbaycanı regionun ən güclü və aparıcı bir dövlətinə çevirməyi bacardı. ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsasını da məhz Heydər Əliyev qoymuşdur. Ümumiyyətlə, Heydər Əliyev şəxsiyyət kimi bir fenomendir!

Azərbaycan Prezidentinin Qafqazda atdığı addımları Birləşmiş Ştatlarda diqqətlə izləyirlər. Azərbaycan çox mürəkkəb coğrafi-siyasi məkanda yerləşən dövlətdir. ABŞ və Qərb ölkələri ilə əlaqələri inkişaf etdirməyi, bazar iqtisadiyyatının və demokratiyanın bərqərar olunması üçün əzmlə çalışmağı qarşısına məqsəd qoyan prezident Heydər Əliyevin fəaliyyəti təqdirəlayiqdir. Heydər Əliyev müstəqilliyi qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə aparır.

Mənim üçün xüsusilə böyük məmnunluqdur ki, bizim strateji, siyasi əhəmiyyət verdiyimiz bir ölkə Sizin kimi dünya şöhrətli şəxsiyyət tərəfindən idarə olunur.