Heydər Əliyevin siyasəti sayəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına dair müvafiq tədbirlər həyata keçirilmişdir. Azərbaycana uğur qazandıran daha bir vacib amil onun siyasi və ictimai sabitliyidir. Bu sahədə Heydər Əliyevin şəxsi rolu əvəzsiz və misilsizdir. Azərbaycanın yeni dövrdə qazandığı bütün nailiyyətlər Heydər Əliyevin dahi adı ilə bağlıdır.