Georgi Şokin

Beynəlxalq Kadr Akademiyasının prezidenti

Hələ 1969-cu ildə Siz Azərbaycana rəhbərlik etməyə başlayaraq, ilk 50 gənci təhsil almaq üçün respublikadan kənara göndərərkən nümayiş etdirdiyiniz siyasi müdrikliyə və dövlətçilik təfəkkürünə Beynəlxalq Kadr Akademiyasının bir çox üzvləri heyran qalmışdılar. Lakin aradan çox az vaxt keçdikdən sonra artıq hər il 800-900 gənc azərbaycanlı göndərilirdi. Həqiqətən, Siz milli zəmində prinsipcə yeni beynəlxalq universitet təşkil etməyə müvəffəq oldunuz, yəni Azərbaycan əlavə olaraq daha bir ali məktəbə-Avrasiya regionunun ən yaxşı ənənələrini özündə təcəssüm etdirən məktəbə layiq oldu.

Mütərəqqi dünya ictimaiyyətinin geniş dairələrində Sizi görkəmli siyasi xadim və dövlət xadimi kimi tanıyırlar. Yeniləşmiş Azərbaycan dövlətinin tarixinə yazılmış parlaq səhifələr Sizin adınızla bağlıdır.