Bu həm Azərbaycan, həm də digər xalqların xoşbəxtliyidir ki, Heydər Əliyev yenidən fəal siyasətçidir. Biz əminik ki, Heydər Əliyev ona bəxş edilmiş böyük istedaddan, öz təcrübəsindən, bacarığı, diplomat qabiliyyətindən istifadə edərək bu regiona sülh və əmin-amanlıq gətirəcəkdir. Mənə elə gəlir ki, bu məqsədə çatmaq üçün Azərbaycan doğru yoldadır.