Heydər Əliyev cənablarının şəxsində özümüzə dost və lider tapmışıq. O, əsrlərdən bəri böyük tarixə malik olan bölgədə aparıcı mövqe tutmuş, keçmiş Sovet İttifaqında yüksək vəzifələrdə olmuşdur. Buna görə də biz onun kimi dahi bir xadimlə daim fikir mübadiləsi aparmaq istəyirik.
Biz Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin, milli iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edən təşəbbüsləri yüksək qiymətləndiririk.
Heydər Əliyevin atdığı addımları və onun hökumətinin Azərbaycanın çox mürəkkəb coğrafi-siyasi çətinliklərə baxmayaraq, demokratik və iqtisadi islahatlara aparmasını alqışlayırıq.
* * *
Mən mərhum prezident Heydər Əliyevin qonağı kimi Azərbaycana rəsmi səfər etmişdim. Onun əzab çəkən və acınacaqlı vəziyyətdə yaşayan qaçqınları sevərək, onlara qayğı ilə xidmət etdiyini lap yaxından gördüm. Mən həm də Azərbaycanın yenidən qurulması üçün atılan addımları gördüm.
Heydər Əliyev əvvəl Sovet İttifaqı rəhbərliyində olarkən, sonra isə müstəqillik zamanı xalqına uzun müddət xidmət etmişdir. O, daim minnətdarlıqla xatırlanacaqdır.