Cənab Heydər Əliyev Qafqaz regionunda sabitliyin dayağıdır. Biz bilirik ki, Balkan yarımadası Avropada “barıt çəlləyi”dir, əfsuslar olsun ki, bu çəllək artıq partladı.
Qafqaz da “barıt çəlləyi”dir, lakin bu çəllək partlamadı. Bəlkə ona görə ki, burada Heydər Əliyev kimi çox güclü siyasi xadimlər fəaliyyət göstərirlər. Bu, böyük nailiyyətdir ki, cənab Əliyev ölkəsini qanunlar əsasında, qanunların gücü ilə idarə edir. Şübhəsiz ki, buna bir gündə, bir ildə nail olunmamışdır.
Prezident Heydər Əliyevin fəaliyyəti həm ölkəsi üçün faydalar gətirmişdir, həm də dünya birliyi üçün çox əhəmiyyətli bir amildir. Cənab Heydər Əliyev çox güclü prezidentdir, Avropa Şurası üçün çox böyük nümunələr göstəribdir.
Biz Heydər Əliyevə məftunuq, çünki O, Amerika ilə Rusiya arasında ortaq bir yol tutmağı bacarmışdır.