Ekmələddin İhsanoğlu

İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi

Azərbaycan Qafqazda ən önəmli ölkə və İslamın mərkəzi, buradakı mədəniyyətin mərkəzidir. Lakin Zati-aliniz nitqinizdə bizə böyük üfüqlər açdınız. Heydər Əliyevin dünyada tanınan dövlət təcrübəsi ilə yanaşı tarix, mədəniyyət barəsində də dərin təcrübəsi və biliyi bizi heyrətə saldı. Qurulma halında olan bir dövlətin qurucusunun dilindən təkcə sırf keçmişə aid fikirləri, təcrübələri deyil, gələcəyə aid fikirləri də eşitmək məndən ötrü, qardaşlarımın bir çoxu üçün ən böyük bəxtiyarlıq olmuşdur. Bu, bəndəniz və qardaşlarınız üçün ən gözəl xatirədir.