Eduard Rossel

Sverdlovsk vilayətinin keçmiş qubernatoru

Mən Sizin bütün fəaliyyətinizi diqqətlə müşahidə etmişəm. Siz görkəmli dövlət rəhbərisiniz, çox yaxşı məktəb keçmisiniz. Siyasi büronun üzvü, Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini olmusunuz. Uzun illər Azərbaycana rəhbərlik etmisiniz, Azərbaycan üçün çox işlər görmüsünüz. Mən Sizə ürəkdən minnətdaram, həmişə Sizin kimi adamlardan öyrənmişəm. Sizin fikirlərinizi həmişə diqqətlə dinləmişəm və onları yüksək qiymətləndirmişəm. Sovet İttifaqı dağıldıqdan sonra da mən Sizin addımlarınızı diqqətlə izləmişəm.

* * *

Azərbaycanın görkəmli lideri Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar ən səmimi başsağlığımı qəbul edin. Azərbaycanın müasir tarixi, ölkədə aparılan siyasi və iqtisadi dəyişikliklər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Onun siyasi müdrikliyi, iradəsi, uzaqgörənliyi və vətəninə hədsiz sədaqəti insanların xoş xatirəsində əbədi qalacaqdır.