Donald F. Fites

ABŞ-ın "Caterpillar" şirkəti direktorlar şurasının keçmiş sədri

Prezident Heydər Əliyev dünyada çox nadir rəhbərlərdən biridir. Cənab Prezident respublikanı köhnə sistemdən çıxarıb, Azərbaycanı demokratik, azad bazar iqtisadiyyatı olan bir ölkəyə çevirib. Sizin rəhbərlik qabiliyyətiniz və ölkənizin təbii sərvətləri, bacarıqlı işçi qüvvəsi Azərbaycanın demokratik bir ölkəyə çevrilməsində mühüm rol oynamışdır. Azərbaycanın bugünkü uğurları hamıya məlumdur və bu, dünya ictimaiyyətinin respublikanıza böyük maraq göstərməsində öz əksini tapır.

Bu il Azərbaycana 872 milyon dollar məbləğində sərmayə qoyulubdur. Halbuki 1993-cü ildə bu rəqəm ancaq 15 milyon dollar idi. Azərbaycana sərmayə qoyanlardan 70-i Amerika şirkətləridir. Onlardan biri də “Caterpillar”dır.