Corcio Lya Malfa

İtaliya Respublikasının Avropa məsələləri üzrə keçmiş naziri

Keçmiş SSRİ-nin tərkibində olmuş və hazırda müstəqillik əldə etmiş respublikaların hamısında keçid prosesi ağır gedir. Belə şəraitdə müdrik rəhbərlər lazımdır ki, öz xalqını və ölkəsini daha ağır vəziyyətə düşməkdən qoruya bilsinlər. Bu mənada sizin ölkənin gələcəyinə ümidlə baxmağa əsas var.

Sizin respublikanızda atdığınız demokratik addımlar Qərb ölkələrində yüksək qiymətləndirilir. Biz başa düşürük ki, böyük ölkələrlə qonşu olmaq və onların bəzilərinin dost münasibət bəsləməməsi nə deməkdir. Biz Dağlıq Qarabağ probleminin də Azərbaycan üçün hansı çətinliklər törətdiyini bilirik.