Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi və sosial islahatların aparılmasına, demokratiyanın inkişafı yolunda çox mühüm mərhələlərin keçilməsinə başlanılıb. Azərbaycan dövlətinin başçısı qarşısına qoyduğu bu şərəfli və gərəkli vəzifələrin yerinə yetirilməsində BMT-nin və dünyanın demokratik ölkələrinin dəstəyinə bel bağlaya bilər.
Biz hər səfərimiz zamanı ölkənizdə yeniliklərin şahidi oluruq. Azərbaycana yenidən rəhbərlik etdiyiniz bu iki ildə respublikanızın əsaslı inkişaf yoluna qədəm qoyduğu aydın hiss olunur.