Çarlz B. Körtis

ABŞ energetika nazirinin keçmiş müavini

Heydər Əliyevin boru kəmərlərinin marşrutu barədə qəbul etdiyi qərar təkcə Azərbaycan üçün deyil, həm də regionun bir çox digər dövlətlərinin müstəqilliyinin qorunması üçün böyük əhəmiyyət daşıyır. Buna görə mən Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm.

Prezident Heydər Əliyevin ölkədə siyasi və iqtisadi sahədə gördüyü işlər dünya ölkələrinin və onları təmsil edən şirkətlərin Azərbaycana olan inamını artırmışdır. Mən bir daha vurğulamaq istəyirəm ki, Sizin yeritdiyiniz siyasət bu bölgədə inamlı rəhbərliyinizi sübut edən inandırıcı addımdır. Dərindən əminəm ki, bu işin Azərbaycanda həyata keçirilməsinə prezident Heydər Əliyev inanırsa, mütləq uğurlu nəticə əldə olunacaqdır.

Cənab Prezident, Siz xalqınızın nurlu gələcəyinə nail olmaq üçün mümkün olan hər şeyi edirsiniz. Biz Vaşinqtonda olsaq da, burada ötən dövrdə baş verən bütün hadisələri araşdırır və bu qənaətə gəlirik ki, Azərbaycanda və bütün bölgədə böyük uğurlar əldə edilmişdir.

Prezident Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün bölgənin liderlik yükünü çiynində daşıyan siyasi xadimdir.