Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm.
Heydər Əliyev xalqlar arasında daha çox iqtisadi və siyasi əməkdaşlığın tərəfdarı idi. Mən onunla dəfələrlə görüşmüşəm və insanların fərqliliklərdən daha çox ortaq cəhətlərə sahib olduğu fikrinə sadiq olduğunu görmüşəm. O, konsensus və konstruktiv əməkdaşlığa can atırdı.