Bülənt Arınç 

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri

Qardaş və dost Azərbaycanın firavanlıq və sabitlik şəraitində yaşayan bir ölkə olması üçün böyük xidmətlər göstərən mərhum Heydər Əliyevin müdrik rəhbərliyi türk dünyası, bütün beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Azərbaycanın yetirdiyi böyük dövlət adamı Heydər Əliyev ölkələrimiz arasında müştərək tarix və mədəniyyətə əsaslanan əlaqələrin inkişafına və bununla da qardaşlıq və dostluğumuzun möhkəmlənməsinə böyük töhfə vermişdir.