Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir.
Heydər Əlirza oğlu prezident seçildikdən sonra əldə edilən uğurlar göz önündədir. Bacarıqlı lideri olmayan bir millət heç nəyə qadir deyil. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Atatürk isə yüz ildə bir yetişən böyük şəxsiyyətdir. Heydər Əlirza oğlunun liderliyi ilə Azərbaycan dərddən qurtaracaq.
* * *
Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın tam müstəqilliyə qovuşmasında çox böyük xidmətləri olan hörmətli Heydər Əliyevin vəfatı həm ölkəniz, həm ölkəmiz, həm bütün dünya üçün böyük itkidir. Hörmətli Heydər Əliyevin dediyi kimi, bir millət, iki ayrı dövlətik.
Təkcə Azərbaycanda yox, bütün Qafqazda sülh və demokratiyanın inkişafında xidmətləri olan hörmətli Heydər Əliyev heç vaxt unudulmayacaqdır. İnanıram ki, hörmətli Heydər Əliyevin dəyəri ölkəsində, bölgədə və hətta dünyada günü-gündən daha yaxşı anlaşılacaqdır.