Boris Pastuxov

Rusiya Federasiyası xarici işlər nazirinin keçmiş birinci müavini

Sizinlə hər bir görüş bizim üçün, Rusiya nümayəndələri üçün böyük hadisədir. Mən bunu səmimiyyətlə, ürəkdən deyirəm. Biz, ancaq təəccüblənə bilərik ki, Siz daxili problemlər sahəsində fəal, intensiv işi coşqun xarici siyasət fəaliyyəti ilə uyğunlaşdırmaq üçün bu qədər qüvvəni haradan alırsınız. Sizin istər siyasi, istər iqtisadi sahədə nail olduğunuz nəticələri, hətta ən nikbin ovqatlı politoloqlar da ağlına gətirə bilməzdilər.

* * *

Heydər Əliyev, həqiqətən də, ecazkar, xalqının böyük oğlu idi. Bu insana olan dərin hörməti sözlə ifadə etmək çətindir. Heydər Əliyevin heyrətamiz insanlığı, istənilən mövzudakı nəhəng biliyi, tamamilə fenomenal yaddaşı məni heyran etmişdir. Heydər Əliyev ünsiyyət qurduğu insanlar haqqında hər şeyi ətraflı xatırlayırdı. O, görkəmli insan idi, lakin Heydər Əliyevin xüsusən də üstün keyfiyyətləri Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra ortaya çıxdı. Bütün həyatı bir şeyə həsr olundu – Azərbaycanda sadə insanlar yaxşı və xoşbəxt yaşasınlar.

Heydər Əliyev həmişə Rusiyadan, Moskvadan böyük hörmətlə danışırdı. Moskvada kimin hakimiyyətdə olmasında asılı olmayaraq, bu insanlarla hörmətlə danışırdı. Rusiya ilə dostluğu, hörmətli və mehriban qonşuluq münasibətlərini Azərbaycanın gözəl gələcəyinin qarantı kimi gördü. Bu belədir, belə də oldu.