Bu regionda mövcud olan hər hansı problemin həllinə, o cümlədən indi Rusiyanın qarşılaşdığı çox ağır münaqişəyə düzgün yanaşmaq üçün Heydər Əliyevlə görüş son dərəcə böyük əhəmiyyətə malikdir. Heydər Əliyevin qədim tarixə aid nadir biliyini müasir zaman hissi ilə heyrətamiz surətdə əlaqələndirməsini qeyd etmək istəyirəm. Yəni bu mütləq dərəcədə nadir təcrübədir. Elə bir təcrübə ki, bu gün hamının qarşılaşdığı çox çətin problemlərdən çıxmağa, həqiqətən, kömək edə bilər.
Heydər Əliyev, həqiqətən, bütün ömrü böyu xalqını ardıcıl surətdə ayağa qaldırıb və qaldırır. O, xalqın hətta ən çətin vəziyyətində özünü tapması və inkişaf etməsi üçün bütün işləri ardıcıl surətdə görməyə çalışıb. Bu rəhbər işçi üçün başlıca keyfiyyətlərdəndir. Siz çox mürəkkəbləri həll etməyi müvəffəq olmusunuz və çox ümidvaram ki, öz zəngin təcrübənizdən istifadə edərək başqaları üçün də problemlərin həllinə kömək göstərəcəksiniz.
Heydər Əliyevi hamı polad iradəli lider, son dərəcə nadir şəxsiyyət hesab edir.