Bill Klinton

Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti

Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur. Birləşmiş Ştatlarda bu müvəffəqiyyətin davam etdirilməsini arzulayıram.

Cənab Prezident, Amerika–Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi sahəsində göstərdiyiniz səylərə görə Sizə minnətdarlığımı bildirirəm. Mən bizim aramızda yaranmış şəxsi dostluq münasibətlərini yüksək qiymətləndirirəm.

Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.

Sizin tutduğunuz prinsipial mövqe Amerikada, onun dövlət strukturlarında, rəsmi dairələrində, eləcə də ictimaiyyətdə böyük ehtiram və rəğbət hissi yaratmış, Azərbaycana olan marağı və diqqəti daha da artırmışdır.

Amerika Azərbaycanda qüdrətli, müstəqil dövlət qurulması istiqamətində edilən səyləri güclü surətdə dəstəkləyir. Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqilliyindən irəli gələn vəzifələrin həllində əhəmiyyətli tərəqqi əldə edibdir. Amerika bu tərəqqinin davam etməsini arzulayır.

Amerika Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləməkdə davam edir. Geniş səpkili əlaqələri inkişaf etdirməklə biz Amerika–Azərbaycan əməkdaşlığını genişləndirəcək, əbədi olaraq suveren və çiçəklənən Azərbaycan dövlətinin qurulmasında Heydər Əliyevin səylərinə kömək etməkdə davam edəcəyik.

Sizin rəhbərliyinizlə Azərbaycan firavan gələcəyinin bünövrəsini qoymaqdadır.