Keçmiş Sovet İttifaqına daxil olmuş respublikalar arasında dövlət çevrilişi cəhdlərinin qarşısını almaq üçün ən yaxşı mexanizm Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmışdır. Mən fikirləşirəm ki, dövlət çevrilişinə cəhd etmək istəyənlər gərək başa düşsünlər ki, onsuz da uğursuzluğa düçar olacaqlar. Çünki mən yaxşı bilirəm ki, Azərbaycanda xalq sizi dəstəkləyir. Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir.
Azərbaycanın prezidentinə bizim dərin hörmətimiz var, onun siyasi karyerasını diqqətlə izləyirik və Azərbaycanda demokratik dəyişikliklərin aparılması, ölkənin bazar iqtisadiyyatına doğru addımlaması naminə göstərdiyi səyləri dəstəkləyirik. Bu proseslər – həm demokratik cəmiyyətin qurulması, həm də azad bazar münasibətlərinin yaradılması asan iş deyildir. Bundan ötrü vaxt gərəkdir. Biz bu işdə Azərbaycan Prezidentini dəstəkləyirik və əminəm ki, Azərbaycan xalqı onun müdrik rəhbərliyi altında bu dəyişikliklərin bəhrəsini görəcəkdir.
Azərbaycana sərmayə qoymaq Pakistan üçün çox sərfəlidir. Çünki Azərbaycan sabit bir dövlətdir. Azərbaycanda həyata keçirilən qətiyyətli tədbirlərə görə prezident Heydər Əliyevi alqışlayıram və onun fəaliyyətini diqqətlə izləyirəm.