Andrey Loginov

Rusiya Dövlət Dumasının keçmiş deputatı

Heydər Əliyev, șübhəsiz ki, həm siyasətçi, həm dövlət xadimi, həm də respublikanın rəhbəri kimi dünya miqyaslı lider idi. Lakin bütün bunlar onun çox gözəl şəxsi keyfiyyətlərinin üstünü örtməməlidir. Mənim ailəm üçün O, müəllim, alicənablığı və humanizmi həmişə əlçatmaz ideal olan insan olmuşdur və bundan sonra da belə qalacaqdır. Zənnimcə, bizim təsəvvürümüzdə onun həyatının və fəaliyyətinin ayr-ayrı məqamlarından toplanmış tam obrazının formalaşması üçün illər keçməlidir. Ola bilsin, onda anlayarıq ki, bu nadir insan, həqiqətən, necə böyük șəxsiyyət idi.

 Heydər Əliyev həyatı boyu çox işlər görmüşdür. Onun başlıca hünəri isə doğma respublikasına, Azərbaycan xalqına xidmət etməsidir. O hətta həyatdan köçərkən elə məşəllər yandırmışdır ki, onlar əzabkeş Azərbaycan xalqına öz torpağında sülh və əmin-amanlıq yaratmaq, firavanlq və tərəqqi şəraitində yaşamaq üçün, həqiqətən, kömək edəcəkdir. Bunu da əlavə etmək istərdim ki, Heydər Əliyevin həyatı və siyasi yolu, Rusiya–Azərbaycan dostluğu yolu mənim üçün ayrılmazdır. Ona görə də bu itki xalqlarımızın ümumi itkisidir. Əlbəttə, Heydər Əliyevin idealları, dostluğumuzun ideallarına sədaqətla xidmət etməsi dövlətlərimiz üçün, xalqlarımız üçün mayak və bələdçi olacaqdır.