Heydər Əliyev Politbüroda işləyəndə bir çox sahələrlə yanaşı mədəniyyət sahəsinə də kuratorluq edirdi. O, incəsənət xadimləri ilə görüşlərə çox önəm verirdi. Və bu bizi çox sevindirirdi. Heydər Əliyevin Moskvada kinematoqrafiya işçiləri ilə görüşü tarixi bir hadisə idi. Moskva Mərkəzi Kino Evinin tarixində ilk dəfə idi ki, Politbüronun üzvü bu müəssisədə kino-teatr işçiləri ilə görüş keçirirdi.