Azərbaycan xalqının Ümummilli Lideri şəxsən mənim üçün, həm də Belarus xalqı üçün çox mötəbər insandır. Ulu Öndər Sovet İttifaqının rəhbərliyində çalışdığı dövrdə ən ədalətli və prinsipial şəxsiyyətlərdən biri kimi tanınırdı. Heydər Əliyev şərəfli, cəmiyyətdə mənfi hallarla barışmaz mübarizə aparan bir rəhbər və gənc nəsil üçün bir nümunə idi. Ölkələrimiz arasında bugünkü münasibətlərin yüksək səviyyədə olmasının əsasını məhz Heydər Əliyev qoyub.