Aleksandr Borodkin

Ulu öndər Heydər Əliyevin şəxsi həkimi

Heydər Əliyev çox güclü, iradəli şəxsiyyət idi. O, 1987-ci ildə iri ocaqlı infarkt keçirdi və təcili surətdə xəstəxanaya yatırıldı. Lakin o, işinə qayıtmaq üçün tezliklə ayağa qalxmaq istəyirdi. Onunla hər mövzuda danışmaq olardı. Çox gözəl yumor hissinə malik idi. Onunla ünsiyyət həmişə xoş təəssüratlarla yadda qalardı.