Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan hər sahədə inkişaf etməkdədir. Beynəlxalq aləmdə üzərinə düşən öhdəlikləri yerinə yetirən, müstəqilliyini daim qoruyan, sərbəst bazar iqisadiyyatı yolu ilə gedən ölkələrlə əlaqədə hər gün rifahını yaxşılaşdıran, bölgədə sülh və təhlükəsizliyin tərəfdarı olan Azərbaycan ilə qonşu olmaq bizim üçün böyük məmnuniyyətdir.