Heydər Əliyev ən parlaq liderlərdəndir. Millətin və dövlətin mənafelərini GUAM-ın əhatə etdiyi bütün regionda iqtisadi siyasətlə və inteqrasiya prosesləri ilə necə əlaqələndirməyi Onun timsalında öyrənə bilirik. Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Bakı–Tbilisi–Ceyhan və Böyük İpək yolu kimi qlobal dövlətlərarası layihələrin gerçəkləşdirilməsi ölkələrimizin iqtisadiyyatına dinamika verəcək və xalqlarımızın həyatını dəyişdirəcəkdir. Gürcüstan bu tarixi proseslərdə Heydər Əliyevin rolunu xüsusi qiymətləndirir.