Heydər Əliyev Azərbaycanda siyasi və hərbi məsələlərə ehtiyatlı yanaşaraq tələsik qərarlar vermədi. Baxmayaraq ki, Bakı bəyannaməsində müdafiə və texniki sahədə qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışılır.
Rusiya–Azərbaycan əməkdaşlıq qayğılarının həmişə açıq olması Heydər Əliyevin qələbələrindən biri hesab edilir.
Gələcəkdə təkcə MDB prezidentləri deyil, Putinlə danışıqlara gedən bütün dövlət xadimlərinin nümunə baxımından Heydər Əliyevin Putinlə davranışlarını təhlil etmələri məqsədəuyğun olardı. Əliyev ağıllı praqmatizm nümayiş etdirdi. O yalnız simvolik məsələlərdə və maliyyə məsələlərində kompromislərə gedərək böyük məmnunluqla Putinə geniş bəyanatlar vermək üçün imkan yaratmışdır. Əliyev Putinin hər istədiyini verməməklə də onunla yaxından əməkdaşlıq etməyin mümkünlüyünü sübut etdi.