Konsuela Priasko

İtaliya Radio-Televiziya Şirkətinin Avropa Parlamentində xüsusi müxbiri

Azərbaycan paytaxtına etdiyim səfərlərdən birində keçirdiyim çox  əhəmiyyətli və həyəcanlı görüşü xatırlayıram. Həmin görüşdə gözlənilmədən prezident Heydər Əliyevlə şəxsən tanış olmaq şərəfinə nail olmuşdum və onun şəxsiyyətindən duyulan fövqəladə xarizma məni valeh etmişdi. Görkəmli şəxslərlə görüşməyə adət etmişəm, lakin prezident Heydər Əliyevdə heç kəsdə görmədiyim insanpərvərliyin, alturizmin və uzaqgörənliyin şahidi oldum.

Bu həqiqətdir ki, prezident Heydər Əliyev əbədi olaraq yeri görünəcək böyük liderdir. O yalnız xalqına etdiyi böyük xidmətlərə görə yox, həm də alicənablığına və müdrikliyinə görə yaddaşlarda qalacaqdır. Əminəm ki, tarix onun barəsində böyük hörmət və minnətdarlıqla danışacaqdır. Eyni hissləri Heydər Əliyevi Prezident və görkəmli xadim kimi tanımaq şərəfinə nail olan bütün şəxslər keçirir.

Əminəm ki, prezident Heydər Əliyev hələ də haralardasa xalqına və özünün zəhmətini və ənənələrini əbədiləşdirməyə çalışanlara yardım edir.