Cənab Prezident, 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəriniz çox həyəcanlı bir səfər idi və Amerikada hamı Sizinlə görüşməyə can atırdı. Bu səfər həm də ona görə çox əhəmiyyətli idi ki, Amerikada Sizin regiona olan diqqətin və marağın daha da artmasına güclü təkan verdi.
Sizin liderliyiniz nəticəsində ölkənizdə qısa müddətdə əldə olunmuş nailiyyətlər Azərbaycanı, həqiqətən, diqqət mərkəzinə gətirmişdir. Cəmi bir neçə il əvvəl Azərbaycan haqqında bunları demək olmazdı. Amma Sizin liderliyiniz sayəsində ölkənizdə birlik, sülh, sabitlik və daim artmaqda olan tərəqqi əldə olunubdur. Bu, həqiqətən, böyük müsbət dəyişikliklərdir.