Cənab Heydər Əliyev öz dərin dünyagörüşü, açıq və orijinal mülahizələri ilə Sovet İttifaqının ucqar respublikasının partiya rəhbərini deyil, ABŞ-ın ən görkəmli qubernatorlarını xatırladır. Səfirlərin əksəriyyətinin fikrində, belə bir şəxsiyyət Qərbin istənilən ölkəsində prezident seçkilərində qalib gələ bilərdi.