Mən, ilk növbədə, bu ağır, əvəzolunmaz itki ilə əlaqədar bütün Azərbaycan xalqına, Heydər Əliyevin ailəsinə səmimi və dərin hüznlə başsağlığı vermək istəyirəm. Mən bunu Ukrayna üçün, xalqımız üçün də böyük itki hesab edirəm, çünki Azərbaycanın bu böyük oğlu ukraynalıların səmimi dostu idi.
Heydər Əliyevlə 1995-ci ildə Parisdə tanış oldum. Heydər Əliyev buraya Londondan, İkinci Dünya müharibəsində qələbənin 50-ci ildönümü münasibətilə keçirilən şənliklərdə iştirak etməyə gəlmişdi. Parisin Şimal vağzalında ona təqdim edilmək şərəfinə nail oldum. Heydər Əliyev təkcə Cənubi Qafqazda deyil, həm də bütün Xəzər regionunda sabitliyin dayağı idi. Mən həmişə hesab etmişəm ki, Heydər Əliyev nəinki gözəl siyasətçi, həm də mahir diplomat idi. Fəxr edirəm ki, yaxın vaxtlarda Azərbaycan xalqının bu böyük oğlunun Kiyevdə abidəsi ucaldılacaqdır.
Prezident İlham Əliyevə bu mürəkkəb beynəlxalq şəraitda Heydər Əliyevin xəttini uğurla davam etdirməsini arzulamaq istəyirəm. Əminəm ki, İlham Əliyev ölkəni demokratiya, tərəqqi yolu ilə irəliyə aparacaqdır.