Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxşılaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.
Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb danışıqlar aparmaq böyük şərəfdir. Böyük Britaniya Azərbaycan Respublikası ilə, prezident Heydər Əliyevlə əlaqələrin daha da sıxlaşdırılmasına xüsusi əhəmiyyət verir. Biz Azərbaycanı və prezident Heydər Əliyevi özümüzün strateji müttəfiqimiz hesab edirik. Son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə görülən işlər Britaniya hökuməti tərəfindən diqqətlə izlənilir və alqışlanır.
Heydər Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu.
Biz inanırıq ki, Azərbaycan müasir dünyada həlledici iqtisadi və siyasi rol oynayır. Həmin rolu inkişaf etdirməkdən ötrü biz Sizinlə birlikdə işlmək istəyirik. İcazə verin, ölkənizdə əldə olunmuş tərəqqi, bunun naminə gördüyünüz iş münasibətilə Sizi təbrik edim. Şəxsən mənim üçün böyük şərəfdir ki, Sizi burada salamlayıram.