Lourens İqlberger

ABŞ-ın keçmiş dövlət katibi

Biz çox şadıq ki, “soyuq müharibə” arxada qalıb və Birləşmiş Ştatlarla Azərbaycan bir-birinə bu qədər yaxındır. İndi əsas vəzifələrimizdən biri ölkələrimizi daha da yaxınlaşdırmaqdır. Son dövrdə Azərbaycanda bu qədər iqtisadi və siyasi dəyişikliklərin olmasına heyranıq və hesab edirik ki, bunlar getdikcə artacaqdır. Bütün bunlar prezident Heydər Əliyevin rəhbərliyi altında baş vermişdir.

Azərbaycandan bir qədər şimaldakı ölkələr böyük iqtisadi problemlərlə üzləşirlər. Ona görə də mən xüsusi valeh olmuşam ki, ölkənizdə iqtisadi sabitlik əldə edilmişdir və bu çox səmərəli bəhrələr vermişdir. Bu həm Azərbaycandan ötrü, həm də dünya iqtisadiyyatı üçün mühüm amildir.

Demokratiya yalnız iqtisadi reallığa əsaslana bilər. Azərbaycanda demokratiya sahəsində də böyük nailiyyətlər əldə olunmuşdur. Dünyada çox az sayda prezident olubdur ki, onlarla görüşlərdən sonra belə qənaətə gəlim ki, nə isə öyrəndim. Heydər Əliyev sayca çox az olan belə prezidentlərdən biridir.