Dünya miqyaslı görkəmli siyasi xadim və dövlət xadimi prezident Heydər Əliyevin müdrikliyi, zəngin dünyagörüşünə, dərin biliyinə və uzaqgörənliyinə heyranam. Onun müvəffəqiyyətli və özünəməxsus liderliyi sayəsində Azərbaycanda əldə edilmiş tərəqqiyə valeh olmuşam.
Böyük Britaniya Qafqaz və Orta Asiya ölkələrinə xüsusi maraq göstərir, Azərbaycan bu regionda açar rolunu oynayır. Birləşmiş Krallıq Azərbaycanla əlaqələrin günbəgün genişlənməsinin, ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnundur.
Müstəqillik yolu tutmuş Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə demokratik islahatların həyata keçirilməsində əldə olunmuş nailiyyətlərdən xəbərdarıq. Böyük Britaniya Azərbaycanda gedən demokratikləşmə proseslərini diqqətlə izləyir.