İndiki tarixi məqamda Sizin suveren, azad Azərbaycan Respublikasının bəxti onda gətirmişdir ki, bu gün ona Heydər Əliyev kimi təcrübəli, müdrik, dünyada tanınmış siyasətçi rəhbərlik edir. Mən Rusiyada elə bir adam tanımıram ki, onun ünvanına mənfi söz demiş olsun. Məhz onun sayəsində hadisələr bu məcraya, problemlərimizin sülh yolu ilə həlli məcrasına düşmüşdür. Bu gün bizimlə birlikdə işləyən belə təcrübəli rəhbər etimada və hər cür hörmətə layiqdir.
Rusiya–Azərbaycan dialoqu üçün əlverişli şərait Heydər Əliyev suveren, demokratik Azərbaycanın rəhbərliyinə gəldikdən sonra yaranmışdır. Əgər biz belə tarixi imkandan istifadə etməsək, düzəldilməsi mümkün olmayan hadisələr baş verə bilər – xalqlarımız, dövlətlərimiz bir-birindən ayrı düşərlər. Buna isə yol vermək olmaz. Çünki hər iki ölkənin strateji mənafeləri azad və suveren dövlətlər kimi qalaraq bir-birinə kömək edə-edə yaşamaq zəruriliyini irəli sürür.