Heydər Əliyev ilə çoxdan, özü də yaxşı tanış idim. Bakıda onunla tez-tez görüşmüşəm və bu insan şəxsən mənim üçün çox əzizdir, mənim və ailəmin həyatında onun çox böyük rolu olmuşdur. Heydər Əliyev Sovet İttifaqında da, bu böyük ölkə dağıldıqdan sonra da bir çoxları arasında xüsusi həyat mövqeyi ilə hər cəhətdən seçilmişdir. Mən Naxçıvana onun yanına getmişdim. Heydər Əliyev üçün çox çətin olan həmin vaxtlarda biz hamımız onu dəstəkləyirdik.
Şübhə yoxdur ki, Heydər Əliyevin adı vətəninizin tarixinə qızıl hərflərlə yazılacaqdır. Onun bilavasitə dəstəyi sayəsində Rusiya ilə Azərbaycan arasında, Moskva vilayəti ilə ölkəniz arasında yeni münasibətlərin təşəkkülü və inkişafı üçün çox işlər görülmüşdür. Azərbaycan xalqının şanlı oğlu Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Mən şadam ki, həyatımda belə bir insanla tanış olmuşam. Bizim oxşar cəhətlərimiz çox idi və deyə bilərəm ki, o mənim üçün böyük qardaş, ata, dost idi. Mən öz hisslərimi ifadə etməyə söz tapmıram, biz hamımız çox kədərlənmişik, onun vəfatı əvəzsiz itkidir. Heydər Əliyev təkcə öz ölkəsi üçün deyil, həm də şəxsən mənim üçün böyük şəxsiyyətdir.